İspaniya

Yamalı təhqir edən “Real” azarkeşləri həbs olundu

İspaniya Primerasının 11-ci turu çərçivəsində baş tutan qarşılaşmada (0:4) “Barselona”nın hücumçuları Lamin Yamala və Rafinyaya qarşı irqçilik nümayiş etdirən 3 “Real” azarkeşi həbs edilib.

Aut.az xəbər verir ki, bu barədə İspaniya Milli Polisi məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxslər Kataloniya klubunun futbolçularının ləyaqətini və əxlaqını pozan ksenofob davranışlar nümayiş etdiriblər.

Bundan əvvəl mətbuatda Yamalın “Real”ın qapısına 3-cü qolu vurduqdan sonra madridli azarkeşlər tərəfindən fəal şəkildə təhqir edilməyə başlandığı barədə məlumatlar yayılmışdı.

Aut.az