İspaniya

“Barsa” yayda 200 milyon əldə etmək istəyir – Plan belədir

“Barselona” yayda bir neçə futbolçunu 200 milyon avroya satmaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb. Mənbənin məlumatına görə, “Barselona” Kataloniya klubunun braziliyalı hücumçusu Rafinyanı almaq üçün “Əl-Hilal”ın təklifini nəzərdən keçirir. Səudiyyə klubu braziliyalı futbolçunun transferi üçün 100 milyon avro ödəməyə hazırdır.

Bundan əlavə, “Barselona”nın yollarını ayırmaq niyyətində olduğu futbolçular siyahısında müdafiəçilər Jül Kounde və Andreas Kristensen, həmçinin İngiltərənin “Brayton” klubunda icarə əsasında çıxış edən yarımmüdafiəçi Ansu Fati də var .

“Barsa”  keçmiş oyunçusu, indi isə “Nitsa”nın müdafiəçisi Jan-Kler Todibonun transferinə ümid edir, çünki bu halda kataloniyalılar transfer qiymətinin 25%-ni alacaqlar.

“Transfermarkt”ın məlumatına görə, siyahıya alınmış “Barselona” oyunçularının ümumi bazar dəyəri 170 milyon avrodur.

Aut.az