Dünya futbolu

Görün Neymar Mayamidə kimlərlə görüşüb – FOTO

“Əl-Hilal”ın hücumçusu Neymar sosial şəbəkələrdə MBA ulduzları Draymond Qrin və Cimmi Batler ilə Mayamidə keçirilən tennis turnirindən birgə fotolarını paylaşıb.

Görün Neymar Mayamidə kimlərlə görüşüb – FOTOMayami turniri martın 19-dan 31-dək davam edəcək. Qadınların fərdi yarışlarında ümumi mükafat fondu 8,9 milyon dollar təşkil edir. Yarışın hazırkı qalibi ötənilki finalda Yelena Rıbakinanı məğlub edən (7:6 (16:14), 6:2) çexiyalı tennisçi Petra Kvitovadır.

Görün Neymar Mayamidə kimlərlə görüşüb – FOTO

Kişilərin fərdi yarışlarında ümumi mükafat fondu 8,9 milyon dollardır. Turnirin hazırkı qalibi rusiyalı tennisçi Daniil Medvedevdir. O, ötən il həlledici görüşdə italiyalı Jannik Sinnerə qalib gəlmişdi.

Aut.az