Dünya futbolu

PSJ ulduzu ilə yeni müqavilə imzaladı

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi parislilərlə müqavilənin müddətini uzadıb.

Aut.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, yayda razılaşdırılan sözləşmə nəhayət ki, imzalanıb. Yeni müqavilənin müddəti 2029-cu ilə qədərdir.

Qeyd edək ki, Hakimi bu mövsüm bütün turnirlərdə 13 oyun keçirib, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az