Türkiyə

Dadaşov bir aydan sonra məşqlərə başladı

Türkiyənin “Ankaragücü” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov məşqlərə başlayıb.

Aut.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Dadaşov oktyabrın 21-də qasıq nahiyəsindən əməliyyat olunmuşdu.

Bir aydır komandadan kənarda qalan forvard ötən gündən kollektivlə məşqlərə qoşulub.

“Ankaragücü” 1-ci liqanın 13-cü turunda sabah səfərdə “Gənclərbirliyi” ilə qarşılaşacaq.