Dünya futbolu

Ronaldo oğlu ilə eyni komandada oynayacaq? – VİDEO

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 331 milyon abunəçisi olan məşhur videobloqer MrBeastla öz  Youtube kanalında qısa müsahibə edib.

Aut.az xəbər verir ki, söhbət zamanı azarkeşlər ulduz qonaqdan böyük oğlu ilə eyni komandada oynayıb-oynamayacağını soruşublar.

Kriştinao dəqiq cavab verməyib. Bildirib ki, bir neçə ildən sonra özünü necə hiss edəcəyini bilmir.

– LeBron artıq oğlu ilə peşəkar səviyyədə oynayıb, sən də kiçik Ronaldo ilə eyni şeyi edəcəksən?

– Görəcəyik, görəcəyik, onun cəmi 14 yaşı var. Hələ bilmirəm, hər şey özümü necə hiss edəcəyimdən asılıdır.

Aut.az