Dünyanın simvolik yığması – Oxucuların seçimi
İspaniyanın “Marca” idman nəşri oxucular arasında keçirdiyi sorğuya əsasən dünyanın simvolik yığmasını müəyyənləşdirib.
Aut.az xəbər verir ki, oxucuların fikrincə, dünyanın ən güclü futbolçularından ibarət komanda belədir:
Qapıçı: Tibo Kurtua (Real Madrid)
Müdafiəçilər: Əşrəf Hakimi (PSJ), Ronald Arauxo (Barselona), Eder Militao (Real Madrid), Alfonso Devis (Bavariya);
Mərkəzi yarımmüdafiəçiləri: Kevin de Bruyne (Mançester Siti), Luka Modriç (Real Madrid);
Cinah yarımmüdafiəçiləri: Vinisius Junior (Real Madrid), Lionel Messi (PSJ);
Hücumçular: Erlinq Haaland (Mançester Siti), Kilian Mbappe (PSJ)
Səsvermə aşağıdakı prinsip əsasında aparılıb: jurnalistlər hər mövqe üçün ən yaxşı oyunçulardan bir neçəsini seçiblər. Bundan sonra oyunçular arasında turnir formalaşdırılıb. Hər turda nəşrin oxucuları növbəti mərhələyə adlayan bir oyunçunun xeyrinə seçim ediblər.
Aut.az
