İngiltərə

“Yunayted” ən yaxşı skautunu göndərib: Onu izləmək üçün

“Mançester Yunayted”in skautu Millətlər Liqasının İsveç – Slovakiya matçında olub və “Sportinq”in hücumçusu Viktor Dyokereşin çıxışını izləyiblər .

Aut.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

Mankunianlılar matçı izləmək üçün ən yaxşı Skandinaviya skautlarından biri olan Serxio Souzanı göndərib.

Həmin qarşılaşmada Dyokereş qol vurub və məhsuldar ötürmə edib.

Bu mövsüm Viktor klub səviyyəsində 17 oyun keçirib, 23 qol vurub və 4 məhsuldar ötürmə verib. İsveçli hücumçu Millətlər Liqasında 5 oyun keçirib. 5 qol vurub və 3 məhsuldar ötürmə verib.

Aut.az