Azərbaycan yığması Rusiya ilə qarşılaşacaq – İki dəfə
Rusiyanın qadınlardan ibarət yığması Azərbaycan millisi ilə iki yoldaşlıq oyunu keçirəcək.
Aut.az xəbər verir ki, bu barədə RFU-nun rəsmi saytı məlumat yayıb.
Noyabrın 24-dən dekabrın 3-dək Rusiyanın qadınlardan ibarət yığması Soçidə təlim-məşq toplanışı keçirəcək. Ruslar Azərbaycan millisi ilə iki oyun keçirəcək: noyabrın 28-də “Fişt” stadionunda, dekabrın 2-də isə “Soçi” klubunun məşq bazasında bağlı qapılar arxasında. Oyunlar Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Azərbaycan millisi FİFA reytinqində 75-ci pillədə qərarlaşıb. Rusiya və Azərbaycan komandaları əvvəllər iki dəfə üz-üzə gəliblər. 2021-ci ilin sentyabrında ruslar Moskvada 2:0, 2021-ci ilin noyabrında isə Bakıda 4:0 hesabı ilə qalib gəlib.
Aut.az
