İspaniya

“Barselona”nın onunla bağlı planı var

“Barselona” 34 yaşlı qapıçı Voysyex Şesni ilə 2025-ci ilin yayında bitəcək mümkün müqaviləni uzatmağı düşünür.

Aut.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin sözlərinə görə, polşalı futbolçu ötən ilin oktyabrında Kataloniya klubuna keçdikdən sonra bir dənə də olsun oyun keçirməməsinə baxmayaraq, “Barsa” onun peşəkarlıq səviyyəsindən və komandanın ehtiyat qapıçısı rolunu qəbul etməsindən razıdır.

34 yaşlı qolkiperom kluba “pozitiv münasibət”lə gəldiyi və soyunub-geyinmə otağına müsbət təsir etdiyi vurğulanır. Əgər “Barselona”nın siyasətində dəyişiklik olmasa, o zaman Şesni ilə müqavilə daha bir mövsüm uzadıla bilər.

Aut.az