İspaniya

Əfsanəyə hörmətsizlik: Peres Mbappeyə görə onun getməsini istəyir

Xorvatiyalı yarımmüdafiəçisi Luka Modriç “Real”ı tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Fichajes.net” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, bunda şəxsən “kral klubu”nun  prezidenti Florentino Peres maraqlıdır. O, fransalı hücumçu Kilian Mbappenin komandanın şəksiz lideri olmasını və hazırda əfsanəvi xorvatiyalıya məxsus olan 10 nömrəli formanı geyinməsini istəyir.

2024/25 mövsümündə Luka Modriç klub səviyyəsində 17 oyun keçirib, 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı oyunçunun dəyərini 6 milyon avro qiymətləndirir. Onun “Real”la müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir.

Aut.az