İspaniya

“Real” strategiyanı dəyişir: Belə durumu həzm edə bilmirlər

“Real Madrid” son illər futbolçularının İspaniya millisində təmsilçilik səviyyəsinin aşağı düşməsindən narahatdır.

Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub rəhbərliyi strategiyanı dəyişmək istəyir. Onlar ispan futbolçularla daha aktiv müqavilə imzalanmasının tərəfdarıdırlar. “Real” həm mövcud “Furia Roja” oyunçularının, həm də gələcəkdə milliyə çağırıla biləcək gənc oyunçuların alınması ilə bağlı variantları nəzərdən keçirir.

İspaniya nəhəngləri istedadlı əcnəbi oyunçuların alınması strategiyasının effektivliyini dərk edirlər, lakin hazırkı heyətindən yalnız bir müddət əvvəl ciddi zədə alan müdafiəçi Daniel Karvaxalın İspaniya yığmasına çağırılmasını həzm edə bilmirlər.

Aut.az