İspaniya

Ançelotti ona cavab verdi: Öz aləmində yaşayır

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Barselona”nın keçmiş müdafiəçisi Xerard Pikenin “kral klubu”nun Çempionlar Liqasındakı son qələbəsini heç kimin xatırlamayacağı iddiasına cavab verib.

“Pike dedi ki, 14-cü Çempionlar Liqası kubokumuz yadda qalmayacaq? Pike öz aləmində yaşayır. Çempionlar Liqasındakı qələbələrimizi, o cümlədən sonuncu qələbəmizi heç kim unutmayacaq. Biz bunu bütün ömrümüz boyu xatırlayacağıq”, – məşhur jurnalist və insayder Fabritsio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) Ançelottinin sözlərini sitat gətirib.

Daha əvvəl Xerard Pike demişdi ki, “Barselona”nın qələbələri həmişəlik xatırlanır, bunu “Real” haqqında demək olmaz. Keçmiş müdafiəçi qəti şəkildə əmindir ki, “Real”ın 2021/2022 mövsümündə Çempionlar Liqasındakı qələbəsini heç kim xatırlamayacaq.

Aut.az