İspaniya

Mbappe peşəsini dəyişdi: Görün özünü harada sınadı – VİDEO

“Real Madrid”in hücumçusu Kilian Mbappe özünü yarış avtomobili sürücüsü kimi sınayıb.

Aut.az xəbər verir ki, fransalı keçmiş futbolçu Eden Azar ilə birlikdə mini turnir təşkil edib.

Nəticədə Kilian ümumi sıralamada Azarı keçə bilməyib. Mbappe üçüncü yeri tutub, Azar isə yarışın gümüş mükafatçısı olub.

Xatırladaq ki, “Real Madrid”in hücumçusu Fransa millisinin heyətində yer almayıb. Kiliansız yığma Millətlər Liqasının 5-ci turunda İsraillə oyunda ( 0:0 ) qələbə qazana bilməyib.

Aut.az