Azərbaycan futbolu

Azərbaycan millisi Estoniya ilə Qəbələdə də bacarmadı

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti sınağına çıxıb.

Aut.az xəbər verir ki, yığmamız UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində beşinci oyununu keçirib.

C Liqasında mübarizə aparan komandamız Qəbələdə Estoniya yığmasını qəbul edib. Şotlandiyalı FIFA referisi Con Biton idarə etdiyi bu oyunda qapılara qol vurulmayıb.

Xatırladaq ki, yığmamız əvvəlki oyunlarının hamısında uduzmuşdu. Hətta Estoniya ilə səfərdəki görüş də yığmamızın 1:3 hesablı məğlubiyyəti ilə bitmişdi. Bu nəticələrdən sonra yığmamız növbəti mövsümü böyük ehtimalla D Liqasında keçirəcək

UEFA Millətlər Liqası
C liqası, V tur
16 noyabr

18:00. Azərbaycan – Estoniya  0:0
Baş hakim: Con Beaton (Şotlandiya)
Qəbələ şəhər stadionu

Azərbaycan: 23. Rza Cəfərov, 3. Elvin Cəfərquliyev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 21. Abbas Hüseynov, 6. Ozan Can Kökcü, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 17. Toral Bayramov, 11. Ramil Şeydayev, 22. Musa Qurbanlı

Ehtiyat oyunçular:1. Nicat Mehbalıyev, 12. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivostyuk, 8. İsmayıl İbrahimli, 9. Nəriman Axundzadə, 10. Mustafa Əhmədzadə, 14. Zamiq Əliyev, 16. Rüfət Abdullazadə, 18. Ceyhun Nuriyev, 19. Xəyal Nəcəfov

Baş məşqçi: Fernandu Santuş

Estoniya: 12. Karl Heyn, 4. Mikael Larsen, 18. Karl Mets, 16. Yonas Tamm, 13. Maksim Paskoçi, 20. Markus Poom, 11. Kevor Plumets, 17. Martin Miller, 5. Roko Şeyn, 23. Vlasi Sinyavski, 8. Henri Anier

Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Vallner, 2. Markus Sumets, 3. Yozef Saliste, 6. Rasmus Pitson, 7. Robi Saarma, 9. İoan Yakovlev, 10. Sergey Zenyov, 14. Patrik Kristal, 15. Aleks Tamm, 19. Mikael Lilander, 21. Martin Vetkal