İspaniya

Yalnız ona ehtiyacımız var: “Barsa” nöqtəni qoydu

“Barselona”nın direktoru Deku Mark-Andre ter Ştegenin zədəsi səbəbindən yeni qapıçı axtarışlarını şərh edib.

“Ter Ştegeni əvəz etmək üçün heç kimlə müqavilə imzalamaq fikrində deyilik. Bizim prioritetimiz qapıçımızı uzun müddət saxlamaqdır. Yalnız ona ehtiyacımız var.

Tezliklə Ter Stegenə yeni üç illik müqavilə təklif olunacaq.

Dedik ki, Dioqo Kosta ilə müqavilə imzalamaq istəyirik, amma düşünürəm ki, “Barselona”nın ehtiyat qapıçısı olmaq perspektivi çətin ki, ona yaraşsın. Biz onunla müqavilə imzalamaq üzərində işləmirik”, – Deku bildirib.

Aut.az