“Mercedes”in rəhbəri Hemiltonun gedişinə niyə sevinir?
“Mercedes” komandasının rəhbəri Toto Volff etiraf edib ki, 2025-ci il mövsümündən “Ferrari”ni idarə edəcək pilot Lyuis Hemiltonun gedişinə şad olub.
Aut.az xəbər verir ki, Volf sevinir ki, 7 qat çempionla əməkdaşlığa son qoymaq üçün özü qərar verməli olmayıb.
“Mən şadam. “Hemiltonun özünün getmək istəyi məni əfsanəvi sürücü ilə vidalaşmaq və ona getmək vaxtının çatdığını söyləmək qərarına gəlməkdən azad etdi.
Bu səbəbdən də son müqavilələr 1+1 sxeminə əsaslanıb. Nə vaxtsa biz qərar qəbul edib Lyuislə vidalaşmalı olacaqdıq, çünki biz yeni nəsil sürücülərə diqqət yetiririk.
Mən sadəcə təəccüblənirəm ki, Hemilton yeni komanda seçdi, amma onun rəqabətli olub-olmayacağı hələ məlum deyil”, – Volff deyib.
2025-ci il mövsümündən etibarən “Mercedes”i Corc Rassel və Andrea Kimi Antonelli idarə edəcək.
Aut.az
