Formula 1

Formula 1-in yeni planı: 30 il sonra geri qayıdırlar

Yaxın gələcəkdə Formula 1 təqviminin coğrafiyasının genişlənəcəyi gözlənilir.

Aut.az xəbər veirr ki, yarış seriyalarının Afrikaya qaytarılması təşkilatçılar üçün əsas prioritet hesab olunur.

Regionun bir neçə ölkəsi Qran Priyə ev sahibliyi etmək arzusunu bildirsə də, Ruandanın planları bu mərhələdə ən qabaqcıl hesab olunur. Bu səbəbdən Formula 1 liderləri ölkə nümayəndələri ilə danışıqlara hazırdırlar.

Formula 1-in baş direktoru Stefano Domenikali görüşün gələn aya planlaşdırıldığını bildirib:

“Onlar ciddidir. Yaxşı plan təqdim etdilər. Sentyabrın sonunda görüşümüz var. Biz Afrikaya gəlmək istəyirik, lakin bizə düzgün investisiyalar və düzgün strateji plan lazımdır. Əmin olmalıyıq ki, bu ölkədə, bu regionda, bu qitədə bizi düzgün şəkildə qarşılayırlar. Təbii ki, onların başqa prioritetləri var”.

Qeyd edək ki, Afrikada sonuncu dəfə Formula 1 yarışı 1993-cü ildə Cənubi Afrikadakı Kyalami treykində keçirilib.

Aut.az