İspaniya

“Barsa”nın sabiq futbolçusu bu məşhur klubu alır

“Qremio”nun və Danimarka yığmasının hücumçusu Martin Braytveyt “Espanyol”u almağa hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

“Barselona”nın keçmiş hücumçusu 2022/23 və 23/24 mövsümündə “Qremio”da çıxış edib və ötən mövsüm Sequndanın bombardiri olub.

Braytveyt bir neçə biznesin sahibidir: o, daşınmaz əmlakla məşğuldur, onun şirkəti NYCE adlanır. Şirkətin aktivləri 300 milyon dollar qiymətləndirilir. Futbolçu qida sənayesində də biznes açıb: Braithwaite’s Kitchen” şirkəti Barselonada vegan və vegetarian yeməklərin çatdırılması üzrə fəaliyyət göstərir.

Biznesmen və futbolçu yaxın vaxtlarda Barselona klubunun hazırkı sahibləri – Çin konqlomeratı “Rastar Group” ilə Bostonda danışıqlar aparmağa hazırdır.

“Bu, çox böyük klubdur, biz iddialı olmalıyıq”, – deyə futbolçu “Espanyol” haqqında bildirib.

Aut.az