Müasir futbolda 3 ən yaxşı qapıçı – Kurtuanın versiyası
“Real Madrid”in ulduz qapıçısı Tibo Kurtua müasir futbolda ən yaxşı üç qapıçının adını açıqlayıb.
Aut.az xəbər verir ki, Kurtua ukraynalı komanda yoldaşı Andrey Lunini adını çəkməyib.
“Futbolun ən yaxşı üç qapıçısı? Məni saymasaq? Alisson, Mayk Menyan xoşuma gəlir. Bir də Yan Oblak. O, bu mövsüm yenidən yüksək səviyyəli oyun nümayiş etdirir”, – Kurtua bildirib.
Aut.az
