Namizədi məğlub olan Kasilyas paylaşım etdi, belə reaksiya gördü – FOTO
Joze Mourinyonun “Real”a təyinatı ilə bağlı şayiələr ilk dəfə mətbuatda yayılanda, İker Kasilyas açıq şəkildə buna qarşı çıxdı. Onun açıqlamaları təəccüblü deyildi.
Aut.az xəbər verir ki, azarkeşlər qapıçı ilə portuqaliyalı arasında uzun müddətdir davam edən fikir ayrılıqlarından yaxşı xəbərdardırlar.
Mourinyo dövründə qapıçının Florentino Pereslə münasibətləri də pisləşmişdi.
“Kral klubu”nun əfsanəsinin klub prezidentliyinə başqa bir namizədi dəstəkləmsi də məntiqli idi. Xüsusilə də Rikelme qalib gələcəyi təqdirdə Kasilyasa “Real Madrid”də iş verəcəyinə söz vermişdi . Lakin Peres sonuncu prezident seçkilərində qalib gəldi və 2030-cu ilə qədər klubun sükanı arxasında qalacaq. Bu isə Mourinyonun gələn mövsümə “Real Madrid”də başlayacağı deməkdir.
Kasilyas əvvəlcə sosial mediada məğlub olan Rikelmeyə müraciət edib:
“Enrike Rikelme və onun komandasını Madrid yarışında iştirak etdikdən cəmi iki həftə sonra səslərin 35%-ni qazandıqlarına görə təbrik edirəm. Məncə, bu, əla nəticə və çox yaxşı bir kampaniyadır. Onlar gələcək üçün tapşırıqlarını yerinə yetiriblər və nəticədə yenidən vəzifəyə namizəd ola biləcəklərinə ümid edirlər”.
İker qalib gələn Peresi də unutmayıb:
“Florentino Peresi yenidən “Real Madrid”in prezidenti seçilməsi münasibətilə təbrik edirəm. İndi ən vacib şey klubu uğura qaytarmaq üçün mümkün qədər səmərəli işləməkdir. Həmişəki kimi: “Salam, Madrid!”
Amma Kasilyasın bu paylaşımına münasibət birmənalı olmayıb. Bu paylaşıma onu ələ salan şərhlər də yazılıb.
Aut.az





