Qırmızı vərəqə alan futbolçuya məşqçi güc tətbiq etdi – VİDEO
İtaliyanın “Triestina” klubunun baş məşqçisi Pep Kloete C Seriyasında “Gian Erminio” ilə matçda qırtmızıl vərəqə alan komandasının futbolçusu Raymonds Krollisə güc tətbiq edib.
Aut.az xəbər verir ki, münaqişə görüşün 34-cü dəqiqəsində baş verib. Krollis topa sahib olmayan rəqibə qarşı kobud oynadıqdan sonra qırmızı vərəqə alıb.
Raymonds meydanı tərk edərkən Kloete ona yaxınlaşıb. Məşqçi futbolçunun köynəyinin yaxasından tutub silkələməyə başlayıb. Maraqlıdır ki, Krollis məşqçisinin emosiyalarına sakit reaksiya verib.
“Triestina” bərabərliyi qoruya bilməyib. Görüşdə yeganə qolu 87-ci dəqiqədə qonaqlar vurub. “Triestina” qalibiyyətsiz seriyasını 13 matça çatdırıb.
