Dünya futbolu

“Qızıl top”un səsverməsi: Kim nə qədər səs toplayıb?

“Qızıl top-2024” üçün səsvermənin nəticələri açıqlanıb.

Aut.az xəbər verir ki, birinci yeri 1170 xal toplayan İspaniya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi tutub. İkinci sırada Braziliya millisinin və “Real Madrid”in vingeri Vinisius Junior (1129 xal) qərarlaşıb. İlk üçlüyü 917 xal toplayan “Real”ın yarımmüdafiəçisi Cud Bellinqem tamamlayıb.

“Qızıl top”un səsverməsinin nəticələri: ilk onluq

Rodri (“Mançester Siti”) – 1170 xal.

Vinisius Junior (“Real” Madrid) – 1129.

Cud Bellinqem (“Real” Madrid) – 917.

Daniel Karvaxal (“Real” Madrid) – 550.

Erlinq Haaland (“Mançester Siti”) – 432.

Kilian Mbappe (PSJ) – 420.

Lautaro Martines (“İnter”) – 402.

Lamin Yamal (Barselona) – 383.

Toni Kroos (“Real” Madrid) – 290.

Harri Keyn (“Bavariya”) – 201.

Aut.az