FİFA-dan mesaj: İnqilabi qərarlar olacaq
FİFA transferlərə məhdudiyyət qoymağa hazırlaşır.
Aut.az xəbər verir ki, bunu qurumunun prezidenti Canni İnfantino açıqlayıb. O, futbolçuların transfer qiymətlərinin getdikcə artmasından narahatlığını bildirib:
“Köçürmə məbləğləri və komissiyaların şəffaflığı üzərində işləməliyik. Xərcləmə limiti tətbiq etmək lazım ola bilər. Bunu necə müəyyənləşdirmək barədə fikirləşməliyik. Bu məsələni FİFA üzvləri ilə müzakirə edəcəyik”.
