Dünya futbolu

İngilislər gürcünün ad və soyadını niyə ələ salırlar?

İngiltərəli azarkeşlər, daha dəqiq desək, London “Arsenal”ının fanatları “Napoli”nin ulduzu və Gürcüstan milli komandasının üzvü Xviça Kvaratsxeliyaya təhqiredici ləqəb veriblər.

Hər şey A Seriyasının azarkeşləri tərəfindən “twitter”də müzakirəyə çıxarılan “Kim daha güclüdür, Xviça, yoxsa Bukayo Saka” sualından sonra başlayıb. Əksər istifadəçinin Xviçaya səs verməsindən narazı olan “Arsenal” azarkeşləri gürcüyə alçaldıcı ləqəb veriblər.

“’Khvicha Kvaratskhelia” sözləri ingilislərə abrakadabra kimi göründüyü üçün onlar gürcünü “parol adamı” – “password guy” adlandırmağa başlayıblar. İngilislər iddia edirlər ki, Xviçanın soyadı və adı robot tərəfindən yaradılan parola bənzəyir.

“Lənət olsun, uşaqlar, siz bu mövsümə qədər wi-fi parolunun (Xviça adını nəzərdə tutur) mövcud olduğunu bilmirdiniz. Saka bunu 17 yaşından bəri edir”, – ingilis azarkeşlərdən biri yazıb.

Aut.az