Messi vurdu, “İnter Mayami” bu seriyanı qırdı – VİDEO
MLS-də “Nyu York Red Bulls” “İnter Mayami”ni qəbul edib.
Aut.az xəbərverir ki, Harrisonda, “Red Bull Arena” stadionunda keçirilən görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
“İnter Mayami”nin heyətində Dieqo Qomes və Lionel Messi fərqlənib. Qeyd edək ki, Messi matça ehtiyat oyunçular skamyasında başlayıb və 60-cı dəqiqədə meydana daxil olub. Argentinalı üçün bu matç MLS-də debüt idi.
Beləliklə, “İnter Mayami” MLS-də 11 matçlıq qələbəsizlik seriyasını qırıb.
Komanda növbəti turda “Neşvill”lə qarşılaşacaq. Qarşılaşma avqustun 31-də baş tutacaq.
