Braziliyalı futbolçunun rus arvadına kişilər zəng vuraraq deyirlər ki… – FOTO
Məşhur braziliyalı futbolçu Arinin rusiyalı həyat yoldaşı Natalya Qrızlova üzləşdiyi xoşagəlməz vəziyyətdən danışıb.
Aut.az xəbər verir ki, Natalya bu haqda sosial şəbəkədə yazıb.
“Bu bir növ… Uşağıma gözəl nömrə aldım ki, yadında qalsın. İyun ayından bəri kişilər hər gün zəng vuraraq soruşurlar: “Boşsan, işləyirsən?” Mən sual verirəm: “Nömrə haradan əldə edirsiniz?” Fahişələr saytından!
Bir-iki ay telefonumu söndürdüm. Düşündüm ki, bəlkə sakitləşərlər! Onu yandıran kimi yenə min zəng gəldi! MTS, ağlınızı itirmisiniz? Nömrələr bazanızı yoxlaya bilərsinizmi? Əgər satırsınızsa, etibarlı və təsdiqlənmiş nömrələri satın! Mənə fahişə nömrəsi satıbsınız. Fahişənin nömrəsi kimə lazımdır? Mən onu baha qiymətə satacağam😂🤦♀️”, – deyə Natalya sosial şəbəkədə sözlərini təsdiqləmək üçün müvafiq foto paylaşaraq yazıb.
Xatırladaq ki, Ari 2018-ci ildə Rusiya vətəndaşlığını qəbul edib. O, Rusiya millisinin heyətində iki oyun keçirmək imkanı əldə edib. Klub səviyyəsində Rusiyanın “Spartak”, “Krasnodar” və “Lokomotiv” kimi məşhur komandalarında çıxış edib.

Aut.az
