Dünya futbolu

Neymar yenə zədələndi – VİDEO

“Əl-Hilal”ın hücumçusu Neymar Asiya Çempionlar Liqasının 4-cü turunda İranın “İstiqlal” klubu ilə matçda (3:0) zədələnib.

Aut.az xəbər verir ki, braziliyalı futbolçu 57-ci dəqiqədə əvəzetmədən oyuna daxil olub və 86-cı dəqiqədə ehtiyat oyunçular skamyasına qayıtmaq məcburiyyətində qalıb. Hücumlardan birində forvard sürətini artırmaq istəyib və bu zaman əzələsini dartıb.

Qeyd edək ki, oktyabrın 21-də Neymar ön çarpaz bağ zədəsi və menisküsün cırılmasından sonra 369 gün sonra ilk matçını oynayaraq meydana qayıdıb.

Aut.az