Dünya futbolu

Transferlərə xərclənən milyardlar: Yeni rekord müəyyənləşdi

Dünyanın futbol klubları bir transfer pəncərəsində yeni oyunçuların alınmasına pul xərcləmək üzrə yeni rekorda imza atıblar.

Əvvəllər ən yüksək göstərici 2019-cu ilin yay transfer pəncərəsinə aid idi. Həmin vaxt dünya klubları yeni futbolçuların alınmasına 7,568 milyard avro xərcləyib. 2023-cü ilin yayında artıq bu rəqəm 7,63 milyard avroya yüksəlib.

Qeyd olunur ki, rekord rəqəmin yenilənməsinə Səudiyyə Ərəbistanı klublarının aktivliyi təsir edib. Onlar indiki transfer pəncərəsində artıq 846 milyon avro xərcləyiblər.

İngiltərə Premyer Liqası komandaları da yeni futbolçuların alınmasına xərcləri artırıblar. Onlar bu günə kimi 2,43 milyard avro xərcləyiblər ki, bu da 2019-cu ildəkindən demək olar ki, 1 milyard avro çoxdur.

Aut.az