İspaniya

Bu oyunlar yenə təxirə salındı

İspaniya Kral Futbol Federasiyası (RFEF) ölkədəki daşqının nəticələrinə görə İspaniya kubokunun oyunlarının növbəti dəfə təxirə salındığını açıqlayıb.

Aut.az xəbər verir ki, “Parla Eskuela” – “Valensiya” və “Manises” – “Xetafe” matçları noyabrın 26-da, “Pontevedra” – “Levante” görüşü noyabrın 19-da, “Exea” – “Herkules” oyunu noyabrın 14-də keçiriləcək.

Təxirə salınan başqa bir qarşılaşma -“Xove Espanola” və “Real Sosyedad” matçının tarixi daha sonra müəyyən ediləcək.

Bundan başqa, futzal üzrə İspaniya kubokunun oyunları da təxirə salınıb.

Son məlumatlara görə, İspaniyada daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev su və palçıq altında qalaraq dağılıb.