Əfsanə də ona təpindi: Ağlama, oyna
Kolumbiya millisinin sabiq futbolçusu Karlos Valderrama ” Real Madrid”in braziliyalı hücumçusu Vinisius Juniorun davranışı haqda danışıb.
Aut.az xəbər verir ki, İspaniyanın məşhur internet nəşri AS Valderramadan sitat gətirib.
“Onun buna ehtiyacı yoxdur. O, ən yaxşılardan öyrənməlidir. Ən yaxşılar isə ağlamaz. Ən yaxşıları ayaq üstə döyə bilərlər, lakin onlar ayaq üstə dayanacaq və ağlamayacaqlar. Vinisiusun ağlamağa ehtiyacı yoxdur, oynamaq lazımdır, hamısı budur”.
Bu mövsüm Vinisius bütün turnirlərdə 45 oyun keçirib, 20 qol vurub və 14 məhsuldar ötürmə edib.
Aut.az
