Böyük Britaniyada oğurlanmış onlarla idman avtomobili bu ölkədə tapıldı – FOTO
Böyük Britaniya polisi Tailandın hüquq-mühafizə orqanları ilə birgə əməliyyat keçirib.
Aut.az xəbər verir ki, bu əməliyyat zamanı Böyük Britaniyada oğurlanmış 35 bahalı idman avtomobili aşkar edilib.
“CarScoops”un aydınlaşdırdığı kimi, “Titan” adlı əməliyyat səkkiz il davam edib. Onun həyata keçirilməsinə Milli Avtomobil Cinayətlərinin Araşdırılması Xidməti (NaVCIS) cavabdeh olub. 35 avtomobil qanuni sahiblərinə qaytarılıb.
Qeyd olunur ki, avtomobillər 2017–2018-ci illərdə saxta əməliyyatlar nəticəsində oğurlanıb. Tezliklə avtomobillər Taylandın paytaxtı Banqkoka aparılıb. Tapılan avtomobillər arasında “Lamborghini Huracan Spyder”, “Porsche 718 Cayman GT4”, konvertasiya olunan “Ford Mustang”, bir neçə “Nissan GT-R”, müxtəlif BMW və digər modellər var. “NaVCIS”in məlumatına görə, onların ümumi dəyəri 6 milyon funt-sterlinqdən (indiki məzənnə ilə 7,78 milyon dollar) çoxdur.

Aut.az
