Türkiyə

Mourinyo peşmandır: Bunu bilsəydim, “Fənərbağça”da işləməzdim

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, portuqaliyalı mütəxəssis bildirib ki, Türkiyədə hakimliyin aşağı səviyyədə olduğunu əvvəlcədən bilsəydi, İstanbul klubundan gələn təklifi qəbul etməzdi:

“Bu, məni dəvət edən, real vəziyyətin yalnız bir hissəsini izah edən klub rəhbərliyinə qarşı şikayətdir. Mənə düzünü desəydilər, hakimliklə bağlı problemləri bildirsəydilər, mən bura işləməyə gəlməzdim! Mən türk deyiləm. Amma siz türklər, bunu belə qoymayın”.

Portuqaliyalı iyuldan “Fənərbağça”nı çalışdırır. Onun rəhbərliyi altında komanda 11 turdan sonra 23 xal toplayaraq Türkiyə çempionatının turnir cədvəlində 2-ci yeri tutur.

Aut.az