Türkiyə

Kılıçsoy Moskva nəhənglərinin hədəfindədir? – Agenti deyir ki…

“Beşiktaş”ın sol cinah müdafiəçisi Semih Kılıçsoyun maraqlarını təmsil edən futbol agenti Erk Kamil Toros Moskvanın CSKA və “Spartak” klubunun futbolçusu ilə maraqlandığı haqda yayılan xəbərlərdən danışıb.

Aut.az xəbər verir ki, daha əvvəl jurnalist Murat Özen “Spartak”ın futbolçu ilə müqavilə imzalamaq istədiyi barədə məlumat vermişdi.

“CSKA Kılıçsoyu transfer etməyə çalışır? Bu yanlış məlumatdır. Mən  “Spartak”ın marağı ilə bağlı da heç nə eşitməmişəm”, – Toros “Sport24”-ün müxbiri Anastasiya Draqomirlə söhbətində deyib.

19 yaşlı Kılıçsoy ötən mövsüm Türkiyə çempionatında 23 matçda 11 qol vurub, 4 məhsuldar ötürmə verib.

Aut.az