“Fənər” “qoca”ya bu qədər ödəyəcək
Müdafiəçi Leonardo Bonucci azad agent kimi “Fənərbağça”ya keçib.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) məlumat verib.
Mənbənin məlumatına görə, transfer məliyyatı tamamlanıb. və təsdiqlənmək üzrədir. İtalyan müdafiəçi Türkiyə klubu ilə 2024-cü ilin iyun ayının sonuna qədər müqavilə imzalayıb. O, bu müddətdə 1,2 milyon avro qazanacaq.
Futbolçunun bu gün, yanvarın 10-da tibbi müayinədən keçmək üçün İstanbula yollanacağı bildirilir. Bonuççi məxsus olduğu “Union Berlin” ilə müqaviləyə xitam verdikdən sonra “Fənərbağça”ya keçidi rəsmiləşəcək.
36 yaşlı müdafiəçi mövsümün ilk yarısını Berlin klubunda keçirib. O, ümumilikdə 10 oyun keçirib və 1qol vurub.
