Atletika

Olimpiya mükafatçısı dopinqə görə cəzalandırıldı

Yaponiya yüngül atleti Koki İkeda antidopinq qaydalarını pozduğuna görə yarışlardan müvəqqəti kənarlaşdırılıb.

Aut.az xəbər verir ki, bu barədə Atletikada neqativ hallarla mübarizə üzrə müstəqil qurum (Athletics Integrity Unit, AIU) məlumat yayıb.

Qərar noyabrın 1-dən qüvvəyə minir. 26 yaşlı idmançı qadağan olunmuş maddə və ya üsuldan istifadə etməkdə ittiham olunur.

Qeyd edək ki, İkeda 20 kilometr məsafəyə yürüşdə Tokioda keçirilən 2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı və 2019-cu ildə Neapolda keçirilən Universiadanın çempionudur. O , 2022-ci ildə Oreqonda keçirilən Dünya Çempionatında da iştirak edib və burada gümüş medal qazanıb.

Aut.az