Atletika

Qadın idmançılarla bağlı yenilik: Testdən keçəcəklər

Dünya Atletikası qadınların həqiqi bioloji cinsiyyətini müəyyən etmək üçün gender testini təsdiqləyib.

Aut.az xəbər verir ki, bu barədə “Insidethegames” məlumat yayıb.

Təşkilat bu cür DNT əsaslı testi həyata keçirən ilk idman idarəetmə orqanı olub.

“Biz yorulmadan qadın idman kateqoriyasını müdafiə edəcəyik və bunun üçün hər şeyi edəcəyik. Bunlar boş sözlər deyil”, – deyə təşkilatın prezidenti Sebastyan Ko bildirib.

Aut.az