“Red Bull” indi də İtaliya klubunu alır?
“Red Bull” şirkəti İtaliyanın “Torino” futbol klubunu almağa hazırlaşır.
Aut.az xəbər verir ki, bu barədə “La Stampa” məlumat yayıb.
Klub prezidenti Urbano Qahirə Avstriya konsernin nümayəndələri ilə artıq bir neçə dəfə görüşüb.
Mənbənin sözlərinə görə, “Red Bull” İtaliya futbol bazarına maraq göstərir. Şirkət fəaliyyətini inkişaf etdirmək üçün öz stadionu olan kluba üstünlük verir
2024-cü ilin sentyabrından “Red Bull” Turin komandasının sponsorudur.
Qeyd edək ki, “Torino” İtaliyanın ən qədim və titullu klublarından biridir. Ümumilikdə komandanın 12 kuboku var. Titulların sayına görə bütün İtaliyada 7-ci yeri tutur.
Hazırda “Red Bull” “Leypsiq”, “Zalsburq”, “Nyu-York Red Bulls” ilə yanaşı Braziliya və Yaponiyada 2 klubun sahibidir.
Aut.az
