Dünya futboluİngiltərəİspaniya

Aquero Rodri haqda danışdı: “Real”a mesaj göndərdi

“Mançester Siti”nin sabiq hücumçusu Serxio Aquero “şəhərlilər”in və İspaniya millisinin yarımmüdafiəçisi Rodrinin “Qızıl top”u qazanmasına münasibət bildirib.

Aut.az xəbər verir ki, argentinalı veteran futbolçu bu barədə qısa paylaşım edib:

“Layiqli bir mükafat. Rodri dünyanın ən yaxşı oyunçusudur. Futbol təkcə “Real” üçün deyil, hamı üçündür”.

Qeyd edək ki, mükafat üçün keçirilən səsvermədə ikinci yeri “Real”ın və Braziliya yığmasının hücumçusu Vinisius Junior tutub.

Aut.az