Oyun dəvətsiz qonağa görə dayandırıldı – VİDEO
İngiltərə Çempionşipində 12-ci turun “Kventri Siti” – “Luton Taun” matçında (3:2) qeyri-adi hadisə yaşanıb.
Aut.az xəbər verir ki, görüş paraşütçüyə görə dayandırılıb.
Matçın sonlarına doğru stadionun üzərində – bir neçə on metr hündürlükdə uçan paraşütçü görünüb. Qarşılaşmanın baş hakimi Robert Madli hər bir ehtimala qarşı oyunu bir müddət dayandırmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, görüş “Koventri Siti”nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
