Dünya futbolu

Ronaldo onun ürəyinə toxunan bu azarkeşi axtarır – VİDEO

“Əl-Nəsr”in  kapitanı Kriştiano Ronaldo bir azarkeş axtarır.

Aut.az xəbər verir ki, 39 yaşlı portuqaliyalı izləyicilərindən ağlayaraq videoya çəkilən fanatı tapmağı xahiş edib. Ronaldonu AFC Çempionlar Liqasının 2024/25 elit mövsümünün 3-cü turunun “İstiqlal”la oyununda (1:0) görən azarkeş emosiyalarını saxlaya bilməyib.

Fanat Ronaldonun köynəyini tərs geyinib ki, portuqaliyalının adı öndə olsun. O, həmçinin “Ronaldo, Ronaldo” qışqırıb. Bu video Ronaldonu biganə qoymayıb. O, bu şəxsi tapmaq arzusunu bildirib.

“Mən onu axtarıram! İstənilən məlumat üçün minnətdar olaram”, – deyə Ronaldo yazıb.

Aut.az