Dünya futboluAzərbaycan futbolu

Berdıyev paltardəyişmə otağına girdi, su butulkalarını təpikləməyə başladı

“Rostov”un sabiq futbolçusu Aleksandr Qatskan 2016-cı ildə Çempionlar Liqasındakı məğlubiyyətdən sonra hazırda “Turan Tovuz”da çalışan baş məşqçi Qurban Berdıyevin qəzəblənməsi ilə bağlı xatirələrini bölüşüb.

-“Rostov”un başqa bir əfsanəsi Berdıyevdir. Ondan ən ağır qəzəbini  xatırlayırsınız?

-“Bavariya” 0:5 hesabı ilə uduzduğumuz oyun. Matçdan əvvəl klassik kostyumlarda fotosessiyamız oldu, media bizdən yazırdı. Klub üçün tarixi bir an idi, hər kəs bundan həzz alırdı.

-Təkcə Berdiyev yox?

-Hər kəs onun ciddi bir insan olduğunu bilir, hətta yüksək səsli musiqini də təşviq etmirdi. Gördü ki, diqqətimizi oyuna cəmləməmişik – şəkil çəkdirir, əylənirik.

Matçdan sonra Bekiç paltardəyişmə otağına girdi və dərhal hamını “xalatladı”: “Ümumiyyətlə, meydana niyə çıxmışdınız? Özünüzu, “Rostov”u  biabır edirsiniz!” Və o, yeni “Louis Vuitton” idman ayaqqabıları ilə su qutularını təpikləməyə başladı. Öz-özümə fikirləşdim: “Onlara necə də yazığı gəlmir” – Qatkan “Sport24”-ün müxbiri Marsel Arzumanyana müsahibəsində deyib.

Aut.az