İngiltərə

Salahın qolunu “oğurlayan” futbolçunu müdafiə etdi – FOTO

“Yunayted”in sabiq futbolçusu Rio Ferdinand hesab edir ki, “Liverpul”un hücumçusu Darvin Nunes Məhəmməd Salahın qolunu oğurladığına görə tənqid edilməməlidir.

Aut.az xəbər verir ki, Çempionlar Liqasının III turunda “Liverpul” səfərdə “RB Leypsiq”i 1:0 hesabı ilə məğlub edib. Salahın zərbəsindən sonra top qapıya daxil olarkən, Nunes son anda ona toxunub.

Azarkeşlər bu addımına görə Nunesi tənqid edir, onu Salahın qolunu oğurlamaqda ittiham edirlər.

“Düşünürəm ki, komanda qolun Nunesin  adına yazılmasına etiraz etmir. “Liverpul” bu mövsüm kuboklar uğrunda mübarizə aparmaq üçün bütün oyunçularına ehtiyac duyur. Hücumçu qol vursa, bu, onda özünəinam yaradacaq.

Salahın zərbəsi dirəyə dəyə bilərdi. Ən kiçik bir şübhə varsa, topu tora göndərmək daha yaxşıdır. Və Nunes də bunu etdi. Qarşılaşmada düzgün mövqelər seçdi. Onun əsas keyfiyyəti səmərəlilikdir”, – deyə Ferdinand bildirib.

Aut.az

 

Salahın qolunu “oğurlayan” futbolçunu müdafiə etdi – FOTO

Salahın qolunu “oğurlayan” futbolçunu müdafiə etdi – FOTO