“Yuventus”da yeni müqavilə
Qapıçı Mattia Perin və “Yuventus” 2025-ci ilin yayında başa çatacaq müqavilənin müddətini uzadıb.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni sözləşmə 2027-ci ilin yayına qədər qüvvədə olacaq.
31 yaşlı italiyalı 2018-ci ildən Turin komandasının qapıçısıdır. O, əvvəllər “Cenoa”, “Peskara” və “Padova”da çıxış edib.
Qeyd edək ki, Bu mövsüm Perin “Yuventus”un heyətində 4 matçda iştirak edib, Bu matçlardan 2 qol buraxıb və 2 görüşdə isə qapısını təmiz saxlayıb. O, İtaliya millisində 2 oyun keçirib.
Aut.az
