İtaliya

Jurnalisti hədələdi: Qulaqlarını qoparacam

“Yuventus” finalda “Atalanta”nı 1:0 hesabı ilə məğlub edərək İtaliya Kubokunun qalibi olub.

Aut.az xəbər verir ki, matçın sonunda “qoca sinyora”nın baş məşqçisi Massimiliano Alleqri çox emosional olub. Ehtiyat hakimlə mübahisə etdiyi üçün qırmızı vərəqə alıb.

“Yuve”nin çalışdırıcısı final fitindən sonra da sakitləşməyib. İtaliya mətbuatının yazdığına görə, o, “Tuttosport” nəşrinin direktoru Quydo Vakiaqo ilə şifahi mübahisə edib və hətta onu hədələyib.

“Sən pis redaktorsan! Qəzetinizdə klub rəhbərliyinin sizə sızdırdığı xəbərləri deyil, həqiqəti yazın. Səni harada tapacağımı, səni harada gözləyəcəyimi bilirəm. Gəlib sənin qulaqlarını qoparıb üzünə yumruq vuracağam. Həqiqəti yaz!”, – deyəAlleqri onun üstünə qışqırıb.

Qeyd edək ki, “Tuttosport” Turin nəşridir və tez-tez “Yuventus”a həddindən artıq sadiq olmaqda ittiham olunur.

Aut.az