İngiltərə

Hakimə tüpürən prezidentə bu cəza verildi

İngiltərə Premyer Liqasının nizam-intizam komitəsi “Nottingem Forest” klubunun sahibi Evangelos Marinakisi  “Fulhem”lə 6-cı tur matçından sonra hakim Coş Smitin ayağına tüpürdüyünə görə cəzalandırıb.

Aut.az xəbər verir ki, “Nottingem” həmin oyunda 0:1 hesabı ilə uduzub və yeganə qolu Raul Ximenes penaltidən vurub. Klub sahibi komandasının qapısına penalti təyin edilməsindən çox narazı qalıb.

Bu cür davranışına görə prezident komandasının oyunlarında iştirak etməkdən 5 oyunluq uzaqlaşdırılıb.

Evangelos gələcəkdə cəzaların daha ağır ola biləcəyi barədə də xəbərdarlıq alıb.

Aut.az