Cokoviç mövsümü erkən başa vurur?
Dünyanın dördüncü raketkası, serb tennisçi Novak Cokoviç Avstraliya Açıq çempionatına hazırlaşmaq üçün mövsümü erkən başa vura bilər.
Aut.az xəbər verir ki, bu barədə “Blic” məlumat yayıb .
37 yaşlı Cokoviçin oktyabrın 28-dən noyabrın 3-dək Parisdə keçiriləcək Masters yarışını buraxmaq ehtimalı yüksəkdir.
Serbiyalının turnirdə iştirakdan imtina etməsi onun Final Turnirində meydana çıxmaq şansını azaldacaq. Cokoviç hazırda ATP Çempionatında altıncı sıradadır. Turinə səkkiz ən yaxşı tennisçi vəsiqə qazanacaq.
Ötən həftə sonu Cokoviç Ər-Riyadda keçirilən “Six Kings Slam” turnirində üçüncü yeri tutub. Bürünc medal uğrunda görüşdə serbiyalı ispaniyalı Rafael Nadala qalib gəlib.
Aut.az
