Dünya futbolu

“Liverpul”un sabiq hücumçusu “Qızl buts” qazanıb

“Di Ci Yunayted”in hücumçusu Kristian Benteke MLS-in  müntəzəm mövsümündə “Qızıl buts” qazanıb.

Aut.az xəbər verir ki, Belçika millisi, “Liverpul”, “Aston Villa” və “Kristal Pelas”ın 33 yaşlı sabiq forvardı mövsüm ərzində 23 qol vuraraq Denis Buanqa (Los-Anceles) və Kuço Hernandesi (“Kolumbus Kru”) 4 top qabaqlayıb.

“İnter Mayami”nin ulduz hücumçuları Luis Suares və Lionel Messi müvafiq olaraq 18 və 17 qol vurublar.

“DC Yunayted” Şərq Konfransında 10-cu yeri tutub və MLS-in pley-off mərhələsinə vəsiqə qazana bilməyib.

Aut.az