La Liqa klubu ukraynalılara görə rus futbolçunu transfer etməyib
Rusiyanın “Dinamo” klubunun hücumçusu Konstantin Tyukavinin təmsilçisi Aleksey Safonov forvardın La Liqa klubuna keçməməsinin səbəbini açıqlayıb.
Aut.az xəbər verir ki, Safonov bunun ukraynalı futbolçulara görə alınmadığını iddia edib.
“Mən istərdim ki, Tyukavin İspaniyaya getsin və biz bu istiqamətdə işləyirik. Məncə, bu liqa onun üslubuna uyğundur. – İspaniyadan təkliflər olubmu? Bəli, “Jirona”dan.
Onlar Kostya ilə maraqlanırdılar, amma o vaxt həm Dovbik, həm də Tsıqankov hələ komandada idilər. Ona görə də “Jirona” Kostyanı transfer etməkdən çəkinidi”, – “Sports.ru” Safonovun sözlərini sitat gətirib.
Aut.az
