İspaniya

“Real” mövsümün ən yaxşı oyunçusunu rəsmən açıqladı – FOTO

“Real” rəsmi saytında 2025/26 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.

Aut.az xəbər verir ki, bu mükafata “kral klubu”nun fransalı hücumçusu Kilian Mbappe layiq görülüb. O, bu mükafatı ardıcıl ikinci mövsümdə qazanıb.

Mbappe 25 qolla La Liqanın bombardiri olub. O, həmçinin Çempionlar Liqasının cari mövsümündə 15 qolla ən çox qol vuran futbolçular siyahısına başçılıq edir.

Kilian başa çatan mövsümdə “Real”ın heyətində 44 matç keçirib və 42 qol vurub. O, dörd dəfə Madrid klubunda ayın ən yaxşı oyunçusu seçilib. Mövsümün sonlarında Mbappe zədə səbəbindən bəzi oyunları buraxıb.

Aut.az

"Real" mövsümün ən yaxşı oyunçusunu rəsmən açıqladı - FOTO